Digər
Prezidentin köməkçisi: “Gəncədə 20-dən çox ev dağıdılıb”
“Ermənistana yeni raket sistemləri gətirilib. Dərhal xain və qəddarcasına Azərbaycan şəhərlərinin dinc əhalisinə təcavüz etməyə başladılar”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür”, – deyə Hikmət Hacıyev qeyd edib.
“Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb”,- o bildirib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib