Dünya futbolu
PSJ-də Lionel Messi şoku

Fransanın PSJ klubunun hücumçusu Lionel Messi zədələnib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Argentinalı hücumçunun axill vətərində problem aşkarlanıb. 35 yaşlı forvard bu səbəbdən Liqa 1-in 33-cü turu çərçivəsində baş tutacaq “Anje” ilə matçı buraxacaq. Ulduz oyunçunun durumu barədə növbəti açıqlama 2 gündən sonra veriləcək.
Messi ilə yanaşı, Marko Verratti, Presnel Kimpembe, Leandro Parades, Yulian Draksler, Ander Errera, leven Kürzava və Abu Diallo da müxtəlif səbəblərdən qarşıdakı görüşdə iştirak etməyəcəklər.
“Anje” – PSJ oyunu aprelin 20-də keçiriləcək.

- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar
- Ölkə futbolu2023-05-26 10:20
“Neftçi” Rusiyada oynayacaq