Bizi izləyin

Milli komanda

Püşkdən öncə rəqib seçərkən

blank
blank

Azərbaycan millisi tarixində 8-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağa cəhd edəcək. Bugünə qədər yığmamızın bütün cəhdləri uğursuz alınıb.

İlk baxışdan normal haldır. Finlandiya millisi 1968-ci ildən buna cəhd edir və yalnız son qitə birinciliyinin final mərhələsində oynamaq imkanı əldə etdi. Biz isə ilk dəfə AÇ-1996-nın seçmə mərhələsində oynamışıq. Bu məntiqlə hələ ehtiyatımızda 30 il də var.

Amma belə məqamda adamın qarşısına Latviya millisini qoyarlar. Sovet dövründə hətta “Neftçi” kimi komandası olmayan latışlar AÇ-2004-ə vəsiqə qazanmağı bacardılar. Üstəlik, hələ qrupda Baltikyanı ölkənin sakinləri son dünya çempionatının finalçısı Almaniya yığmasından bir xal qoparmağı bacardı. Belə olan məqamda millimizin ehtiyatında nə qədər il var? Latviyanın bu uğurundan 18 il ötüb, biz hələ də yerimizdə sayırıq.

Hələ nəzərə alaq ki, Latviya yığması Avropa çempionatında 16 komanda oynayanda bu imkanı əldə etmişdi. İndi isə UEFA qapılarını daha geniş açaraq komanda limitini 24-ə qaldırıb. Amma bizim yığmanın rəsmiləri seçmə mərhələdən əvvəl ən yüksək hədəflərdən danışdığı halda mübarizənin gedişində görürük ki, bunların məqsədi qrupda sonuncu yeri tutmamaqdır. Yəni, ilk 2 pillə nədir, hətta 3-cü yeri tutmaq belə başımıza görə deyil.

Sağ olsun, UEFA, AÇ-yə yollanmaq üçün Millətlər Liqasını da yaradıb. Hətta bizi reytinqimiziə uyğun rəqiblərlə eyni qrupa salıb imkanlarımızı daha da artırıblar. Daha Almaniya və İngiltərə ilə yox, öz “tay-tuşlarımız”la oynayırıq, yenə də xeyri yoxdur.

Bu gün Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa çempionatının püşkatma mərasimində 4-cü səbətdə qərarlaşan millimizdən yenə də çox şey gözləmirik. 6 səbətin 4-cüsündə qərarlaşmışıqsa, münasib rəqiblərdən danışmağa haqqımız yoxdur. Hətta münasib rəqiblərlə qarşılaşanda belə onları hər iki oyunda məğlub edə bilmirik. İndiyə qədər seçmə mərhələlərdə yalnız San Marinodan 6 xal götürmüşük. Bir dəfə də Millətlər Liqasında Farer adaları ilə oyunda bu sevinci yaşamışıq. Ona görə keçmişə boylanıb ondan ilham almağa haqqımız yoxdur. Sadəcə, hər dəfə gələcəyə baxıb yalançı ümidlə möcüzə gözləyirik.

10 qrupda ilk iki piləni tutan komanda birbaşa final mərhələsinə vəsiqə qazanır, Millətlər Liqasından da 3 komanda onların arxasınca yollanır. Bir də meydan sahibi Almaniya millisi rəqiblərini final mərhələsində gözləyəcək.

Qrupların tərkibinə gəlincə, 7 qrupda 5, 3 qrupda isə 6 komanda olacaq. Belə baxanda, final mərhələsinə yollanmaq üçün heç də pis mənzərə deyil. Sadəcə, bacarmaq lazımdır.

İlk iki pilləni tutmağa qətiyyən inamımız olmasa da, yenə öz aləmimizdə münasib rəqib arzumağı heç kim bizə qadağa qoya bilməz – arzulamaq ziyan deyil.

1-ci səbətdə Millətlər Liqasında öz qruplarının qalibi olan Niderland, Xorvatiya, İspaniya və İtaliya ilə yanaşı Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə və Polşa seçmələri qərarlaşıb. Gəl, indi seçim et. Əlbəttə, hamısı eyni gücdə deyil, amma hamısı bizdən qat-qat güclüdür. Tarixə boylansaq, bu komandaların hamısı ilə oynamasaq da, oynadıqlarımızla bacarmamışıq. Bu siyahıdan Niderland, İspaniya və Danimarka ilə seçmə mərhələlərdə heç vaxt qarşılaşmamışıq. Amma komandaların gücünə nəzər salsaq, indiki vəziyyətdə bu komandalar arasında Macarıstan və Polşa komandaları daha münasib rəqiblərdir.

Əlbəttə, Millətlər Liqasında Almaniya və İngiltərə yığmalarını qabaqlayan Macarıstan millisini özümüzə rəqib kimi arzulamaq çox gülməli çıxır. Hələ Qətərdə keçiriləcək dünya çempionatının iştirakçısı Polşa yığması ilə qarşılaşmağımızı istəmək lap gülməlidir. Amma “böyük beşlik” ölkələrinin yığmaları ilə  son illər formada olan Niderland, Danimarka, Portuqaliya, Belçika və İsveçrəni arzulamaq da ağılsızlıqdır. Ona görə də seçim bu iki komandanın üzərinə düşür. Amma bu 10 komandadan yalnız Macarıstan Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Sonuncu dəfə onlara qarşı Budapeştdə normal oynadığımızı nəzərə alsaq (Bəhlul Mustafazadənin sayılmayan qolunu unutmayaq), macarlar arzuolunandı.

Bəs, I səbətdə hansı rəqibi arzulamayaq? Yenə də təkrar etməyə məcburuq: kim düşsə, bizi “qanımıza qəltan edəcək”. Təbii ki, belə məqamda, daha acımasız komanda kimi İspaniya yığmasının adını çəkmək olar. Hərçənd, indiki məqamda Luis Enrike yeni heyət formalaşdırır. Bununla belə, texniki imkanlarına görə ispanlar daha qorxunc görünür.

İkinci səbətdə Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya və Finlandiya komandaları qərarlaşıb. Bu 10 komanda arasında seçmə mərhələlərdə heç vaxt qarşılaşmadığımız 2 komanda var: Bosniya və Herseqovina və Şotlandiya. Rəsmi oyunlarda Bakıya gəlməyən bir komandanın da adını çəkə bilərik: Fransa. Fransızlarla AÇ-1996-nın seçmə mərhələsində oynamışıq, onları da Trabzonda qəbul etmişik. Fransadakı oyunda ən böyük hesablı məğlubiyyətimiz kimi tarixə düşüb: 0:10. Bəli, söhbət Oser faciəsindən gedir.

Elə bu 10 komanda arasında ən arzuolunmaz rəqib kimi fransızların adını çəkmək olar. Təbii ki, heyətinin potensialına görə bunu iddia edirik. Necə də olmasa, son dünya çempionundan danışırıq. Hərçənd Bakıya gəlsələr, bu statusda gəlməyə də bilərlər. Çünki Qətərdə taxt sahibinin dəyişməsi realdı. Hərçənd, İngiltərə millisini də arzulamağa heç bir əsasımız yoxdur. Heyətlərinə söz ola bilməz, üstəlik də son AÇ-nin finalçısı.

Bəs, kimi arzulayaq? Seçim imkanımız genişdir. Adlarını çəkmədiyimiz digər rəqiblərə qarşı sadəcə, müqavimət göstərmək olar. Amma oyun üslubları şablon olduğuna görə Şotlandiya və Finlandiyanın ətəyindən yapışmaq olar.  Belə baxanda, çexlər də o deyil. Bəlkə, kimsə İsraili də fikirləşə bilər. Amma seçim etməliyiksə, qoy Şotlandiya olsun. Çünki DÇ-1998-dən bəri böyük turnirlərdə yoxdurlar. Eyni məntiqlə, İsrail də yoxdur. Amma oyun üslubları bizə tərs gəlir. Çünki texnikalı komandalarla bacarmırıq.

III səbət komandaları ilə tanış olaq: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç və Ermənistan. Bu 10 komandadan ermənilərlə qarşılaşmaq imkanımız yoxdur. Digərlərinə gəlincə, bugünə qədər rəsmi oyunlarda İslandiya, Sloveniya, İrlandiya və Albaniya ilə oynamamışıq. Elə arzulanan rəqiblər arasında seçimi də bu komandalar arasında etsək yanılmarıq. Belə məqamda Canni de Byazidən sonra eniş dövrü yaşayan albanlar pis olmazdı. Nəzərə alaq ki, Canni də onları yaxşı tanıyır. Hərçənd enişdə olan slovenlərlə islandlar da qorxulu deyil.

Arzulamadığımız rəqiblər isə Norveç, İsveç və Ukraynadır. Ukraynalıların vəziyyəti ortalıqdadır deyə, bu 3-ü arasında ən münasibi odur. Qalır, Norveçlə İsveç. Norveç yüksəlişdədir, üstəlik Haaland amili var. İsveç də haradasa enişdədir, amma zəngin təcrübəsi ilə göz oşxayır. Seçim etmək çətindir, amma indi Norveç daha qorxuludur.

IV  səbətdə qarşılaşdığımıza görə burada komandaların adlarını çəkməyə dəyməz. Amma qoy çəkək, bilək ki, kimlərlə düşməyəcəyik: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Kosovo, Bolqarısrtan, Farer adaları və Şimali Makedoniya. Bircə onu deyək ki, Tanrı bu dəfə bizi Lüksemburq sınağından hifz edəcək.

Keçək V səbətə: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova və Malta. İndiyə qədər rəsmi oyunlarda bu komandalardan Cəbəllütariq, Estoniya və Latviya ilə qarşılaşmamışıq. Kimi arzulamağa gəlincə, Cəbəllütariq daha münasib rəqib kimi görünür. Təbii ki, adlarına görə başqa münasib rəqiblər var. Amma Malta, Moldova və Litvanın adını çəkməyə dəyməz. İkisi ilə rəsmi oyunlarda normal oynaya bilməmişik, Litva ilə də yoldaşlıq görüşlərində. Təbii ki, Belarusu da arzulamaq olar. Amma əlimizdən “zəncir çeynədiklərinə” görə bu dəfə bizdən kənar gəzsələr, yaxşıdır. Zəncirdən söz düşmüşkən, slovaklar da zənciri qırsa, bizi parça-parça edər. Amma slovaklar qətiyyən gəlməsin!

Qalır VI səbətin altından yerə tökülən gilas qədər 3 yumşaq komanda: Andorra, San Marino və Lixtenşteyn. Bunlar arasında rəsmi oyunlarda Andorra ilə qarşılaşmamışıq. Seçim etməyə gəlincə, sussaq yaxşıdır. AÇ-yə getmək istəyən komanda bunlar arasında seçim edəcəksə, onda utanıb bir kənara çəkilsin. Amma özümüzə bələd olduğumuzdan San Marino millisinin gəlişini arzulayaq. İstəmədiyimiz milli isə Andorra olsun. Lixtenşteyni də demək olar, amma onlar son vaxtlar çox enişdədir. Andorra isə əl-ayağa dolaşan komandadır. Müdafiə xəttləri bərbad deyil.

Təbii ki, AÇ-yə vəsiqə qazanacağımıza inam yox dərəcəsindədir. Amma yenə də “cızma-qara” edək. Görək püşkdən sonra millimiz “cızacaqmı”, yox “qaralanacaqmı”?

Arzulanan qrup

Macarıstan

Şotlandiya

Albaniya

Cəbəllütariq

San Marino

Arzulanmayan qrup

İspaniya

Fransa

Norveç

Slovakiya

Andorra

AĞA

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Digər idman növləri2024-05-06 11:29

Nadal məşqlərə başladı, onu məğlub edən tennisçi turnirdən imtina etdi

blank
Dünya futbolu2024-05-06 11:12

Rokenin meneceri “Barselona”nı hədələdi

blank
Ölkə futbolu2024-05-06 10:57

“Neftçi” antirekordunu, “Sumqayıt” heç-heçə rekordunu yenilədi

blank
Ölkə futbolu2024-05-06 10:42

“Qarabağ”dan son 25 ilin rekordu

blank
Digər idman növləri2024-05-06 10:25

Qadınlarda “Vuelta”nın qalibi məlum oldu

blank
Ölkə futbolu2024-05-06 10:08

“Dinamo” Mahiri satmaq istəyir, amma…

blank
Premyer-liqa2024-05-06 09:51

“Səbail” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2024-05-06 09:37

“Sportinq”in 20-ci çempionluğu

blank
Ölkə futbolu2024-05-06 09:20

Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər

blank
Ölkə futbolu2024-05-06 09:02

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

blank
Ölkə futbolu2024-05-06 08:45

Azərbaycan derbisinin darmadağınları – 9:1

blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm