Premyer-liqa
“Qəbələ” bu gün “Neftçi”ni qəbul edəcək
Bu gün Misli Premyer Liqasında 22-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.
Turun “Turan Tovuz” – “Kəpəz” və “Qarabağ” – “Sabah” matçları sabah, “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” oyunları isə 12 fevralda keçiriləcək.
Misli Premyer Liqası
XXII tur
10 fevral
15:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Akif Əliyev, Zöhrab Abbasov, Tural Qurbanov.
Qəbələ şəhər stadionu.