Ölkə futbolu
“Qəbələ”nin Boluda 2-ci sınağı
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq.
Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” klubunun əsası 1976-cı ildə qoyulub. Klubun sahibi “Qazprom” şirkətidir. Tarixi ərzində müxtəlif liqalarda çıxış edən komanda 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.
Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi