Ölkə futbolu
“Qəbələ”nin futbolçusu İsraildə müalicə alır: “Hazırda döyüşlər gedir”
“Qəbələ”nin israilli futbolçusu Feras Abu-Akal hazırda ölkəsindədir. Futbolinfo.az xəbər verir ki, zədəli olan oyunçu İsraildə bərpa prosesi keçir.
Ölkəsində müharibə vəziyyəti yaranmasına baxmayaraq, yarımmüdafiəçi Azərbaycana qayıtmayıb. Bu barədə Ferras özü futbolinfo.az-a açıqlama verib.
O bildirib ki, müharibə baş verən ərazilərdən uzaqdadır: “Düzdür, ölkəm üçün çətin vəziyyətdir. Hazırda döyüşlər gedir. Amma mən həmin ərazilərdən uzaqda yaşayıram. Ailəm və dostlarım da yanımdadır. İndiki durumda bir çətinlik yoxdur”.
Abu-Akal klubun düşərgəsinə nə zaman qoşulacağı ilə bağlı suala isə cavab verməyib.
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq