Ölkə futbolu
“Qəbələ”nin müdafiəçisi üçün mövsüm bitdi: koronavirusa görə əməliyyat yubanır
“Qəbələ”nin müdafiəçisi Rüfət Əhmədovun durumu gözləniləndən də pis imiş. İlin sonuna kimi futbol oynaya bilməyəcəyini yazdığımız gənc oyunçu üçün hətta mövsüm başa çatıbmış.
Premyer Liqanın 2-ci turunda, “Keşlə” ilə oyunun 85-ci dəqiqəsində zədələnən futbolçunun diz bağları qırılıb. Rüfət hələ əməliyyat olunmayıb, amma 7-8 ay topa toxuna bilməyəcəyi dəqiqdi.
U-21 yığmamızın üzvünün hələ də əməliyyat olunmaması koronavirusa yoluxması ilə bağlıdı. Əhmədov karantin müddətini başa vurduqdan sonra Almaniyaya aparılacaq və cərrah masasına uzanacaq. O, AFFA-nın dəstəyi ilə Münhen klinikalarının birində əməliyyata alınacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”