Ölkə futbolu
“Qəbələ”nin “Omoniya” ilə matçlarına hakim təyinatları bilindi
“Qəbələ”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Omoniya” (Kipr) ilə oyunlar üçün hakim təyinatları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, iyulun 27-də Qəbələdə keçirilləcək ilk matçı (saat 20:00) Rumıniya Futbol Federasiyasından Andrey Çivulete idarə edəcək.
Ona Sebastyan George və Daniel Mitruti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Horatiu Fesnik yerinə yetirəcək.
Avqustun 3-də Kiprdəki cavab görüşünün (Bakı vaxtı ilə saat 21:00) baş hakimi isə İsveç Futbol Federasiyasından Adam Ladebek olacaq. Markus Lundqren Klitte və Daniel İng köməkçi hakimlər, Yoakim Estlinq dördüncü hakim təyin edilib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO