Ölkə futbolu
“Qəbələ”nin rəqibi Polşa klubuna qalib gəldi
“Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Omoniya” Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Kipr təmsilçisi Polşanın yüksək liqa klubu “Radomyak”la qarşılaşıb.
“Omoniya” rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Kipr təmsilçisinin qollarını Kakullis, Kulibali, Kusulos və Bezos vurub. Polşa klubunun heyətində isə Fabiano fərqlənib.
Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi