Dünya futbolu
“Qərar vermək üçün kifayət qədər yaxşı məşqçiyəm”
“Mən təkcə birinci hissədən deyil, bütün oyundan razıyam. Bu, bir çox ciddi komandaların mübarizədən kənarlaşdırıldığı turnirdir. İnsanlar yalnız böyükhesablı qələbə gözləyir, amma biz bunu edə bilmirik. İkinci hissədə bir addım da irəli getmədik, onlar irəlilədilər. Son 20 dəqiqədə yaxşı oynadıq. Hər iki hissədə qol epizodlarımız oldu. Bu, yaxşı nəticədir” – bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib.
İspan mütəxəssis Çempionlar Liqasının 1/8 finalında səfərdə “Leyptsiq”lə heç-heçə (1:1) etdikləri ilk görüşdən sonra bunları deyib: “Oyun başa çatdıqdan sonra hər kəsin başı aşağıda idi. Mən də onlara belə etməli olmadıqlarını və yaxşı oynadıqlarını söylədim. İnsanların oynadığımız oyundan razı qalmaması heç nəyi dəyişdirməz. Bir matçda beşə qədər əvəzetmədən istifadə etmək imkanım var, bu dəfə heç birini etmədim. Lakin bu o demək deyil ki, bunları etməliyəm. Mən nə etməli olduğuma qərar vermək üçün kifayət qədər yaxşı məşqçiyəm”.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”