Ölkə futbolu
“Qarabağ” 64-cü, Azərbaycan 26-cı
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, cədvəldə bəzi dəyişikliklər baş verib.
İlk “100-lük”də yer alan yeganə Azərbaycan klubu “Qarabağ” mövqeyini yaxşılaşdırıb. Pley-offda Polşanın “Legiya” klubunu 3:0 hesabı ilə darmadağın edən Qurban Qurbanovun yetirmələri əmsalını 21,000-a çatdırıb.
Bununla da Ağdam klubu bir pilləlik irəliləyişə nail olub. Hazırda “Qarabağ” 64-cü sıranı Rumıniya təmsilçisi “Styaua” ilə bölüşür.
Azərbaycan çempionu 60-cı pillədə yer alan PSV (Niderland), “Milan” (İtaliya), “Borussiya” (Münhenqladbax, Almaniya) və “Standard”dan (Belçika) cəmi 1 xal geri qalır.
Qeyd edək ki, reytinqə 111 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.
Yeri gəlmişkən, UEFA üzvü olan ölkələrin əmsallar cədvəli də açıqlanıb. “Qarabağ”ın “Legiya”nı məğlub etməsi Azərbaycanın aktivinə daha 0,375 xal yazdırıb. Lakin Azərbaycan yenilənən siyahıda da 26-cı pillədə qərarlaşıb. Buna səbəb 25-ci pillədəki Rumıniya təmsilçisi ÇFR komandası qrupa yüksəldiyi üçün daha 0,375 xalın gəlməsidir.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”