Ölkə futbolu
“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını artırıb.
Futbolinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanda “Olimpiakos” üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.
Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.500 xal gətirib.
Bu mövsüm üzrə xal sayını 3.000-ə, son 5 mövsümdə isə 15.625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17.250 xalı var. 30-cu pillədə isə 12.625 xala malik Qazaxıstan qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub