Ölkə kuboku
“Qarabağ” bizə hücum etməyə imkan vermirdi”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (0:3, ilk oyun 1:3) şərh edib.
Futbolinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Oyunun bizim üçün çətin olacağını bilirdik. Evdə oynamağımıza baxmayaraq, çempionatın lideri olan “Qarabağ”la qarşılaşırdıq. Bu komandaya qarşı “Qarabağ” imkan verdiyi qədər oynamaq mümkündür. İlk oyun daha dinamik keçmişdi. Görünür ki, rəqib bu oyuna daha ciddi hazırlaşmışdı. “Qarabağ” bizə hücum etməyə imkan vermirdi. Rəqib meydanın bizə aid hissəsində pressinq edirdi. Bu pressindən çıxmaq çətin idi. “Qarabağ” cütün favoriti idi. Rəqib layiqli qələbə qazandı və növbəti mərhələyə adladı”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək