Ölkə kuboku
“Qarabağ” – “Qəbələ” matçı 2 manata
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri bu gün satışa çıxarılıb.
Futbolinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
Satış məntəqəsi: Azersun Arena
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçına saat 17:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub