Ölkə futbolu
“Qarabağ”a görə düşərgəni tərk etdi
“Qarabağ”ın müqavilə ilə “Leqanes”ə məxsus olan, icarə əsasında “Kordoba” klubunda forma geyinən Kvabena Ovusunu transfer etmək istədiyini xəbər vermişdik.
Futbolinfo.az “cordobadeporte.com” saytına istinadən xəbər verir ki, qanalı hücumçu “Kordoba”nın düşərgəsini tərk edib. Ovusu, “Leqanes”lə danışıqlar aparıb, “Qarabağ”a keçidini sürətləndirmək üçün Madridə yollanıb.
İspaniya mətbuatının xəbərinə görə, 22 yaşlı hücumçu yaxın zamanda “Qarabağ”la rəsmi müqavilə imzalayacaq.
İspaniyanın B Sequndasında mübarizə aparan “Kordoba” ilə bu mövsüm 16 oyuna çıxan qanalı futbolçu 6 qol vurub. Müqavilə ilə “Leqanes”ə məxsus olan Ovusunun “Kordoba” ilə icarə müqaviləsi mövsümün sonuna qədərdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”