Ölkə futbolu
Qasper Samora “Qarabağ”da
“Qarabağ” İspaniya La Liqasında çıxış edən “Kadis”in futbolçusu Qasper Panadero Samoranı transfer edir. 23 yaşlı ispan vingerlə 3 illik müqavilə imzalanacağı dəqiqləşib. Samora mərkəz hücumçusu kimi də oynaya bilir.
Samora bu gün səhər Bakıya gəlib. O, Ağdam klubunda 17 nömrəli formanı geyinəcək.
Bundan başqa, Ağdam klubunun mərkəz hücumçusu transfer edəcəyi də gözlənilir.
2014-2020-ci illərdə “Almeriya”da çıxış edən Samora sonra Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” komandasına transfer olunub. Orda cəmi 5 oyun keçirən Samora azad agent statusu alıb və “Kadis”ə keçib. Samora 2020/2021-ci illər mövsümünü Sequndada çıxış edən “Ponferradina”da icarə əsasında keçirib. O, son komandasında 24 oyuna 1 qol vurub.
Samoranın transferi ilə bağlı ilk xəbəri sportlife.az saytı yayıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?