Bizi izləyin

Müsahibə

Qurban Qurbanov: “Artıq uduzmaqdan qorxmuruq”

blank
blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 4:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Vacib oyun idi. Bəzi problemlərimiz var idi. Əsas heyət oyunçuların bir neçəsi meydanda yox idi. Futbolçular çox istəkli idilər. Rəqibə uğurlar arzu edirəm.
  • Kevin Medina ilk dəfə sol cinahda oynadı…
  • Variantlarımızdan biridir. Bundan əvvəl də bir matçda bu mövqedə oynamışdı. Belə futbolçuları bəyənirəm. Bu gün futbol belə şeyləri tələb edir.
  • Niyə məhz Medina cinahda oynadı?
  • Bəzi nüanslar var ki, xırdalamasam, yaxşıdır. Bəzi tapşırıqlar verilmişdi. Rəqib o zonadan daha çox hücum edirdi. Orada Medina kimi bərk və sürətli futbolçunun qalması vacib idi.
  • “Kayrat”la oyundan sonra bu matçda tam heyətlə oynamağınızın səbəbi nə idi?
  • Futbolçuların hazırlıq səviyyəsinə baxırıq. Oyunlarımıza baxsaq, daha yaxşılığa doğru gedirik. Rahatçılıq var idi ki, futbolçular bu matçda da yüksək templə oynaya bilərlər. Oyunun əhəmiyyəti böyük idi.
  • Musa Qurbanlının qolu, yoxsa Ramil Şeydayevin qolu sizi daha çox sevindirdi?
  • Bu dəfə qələbə daha çox sevindirdi.
  • Ozobiçin ikinci penaltini vurmamasına siz qərar verdiz?
  • Bəli.
  • Ardıcıl 2 qələbə qazandız. Sabah da Azərbaycanda “Zəfər günü”dür. Təəssüratlarınız necədir?
  • Bu zəfərə həddindən artıq çox sevinirəm. Bir azərbaycanlı olaraq torpaqlarımızın başqasında olması bizə təsir edirdi. Uzun illər idi ki, hər gün bu mövzu hər yerdə gedirdi. Bu qədər vaxtda belə zəfəri gözləmək və bunu əldə etməkdən böyük xoşbəxtlik olmaz. Əsgərlərimizin, şəhidlərimizin qəhrəmanlığından nə qədər danışsaq, kifayət etməz. Xalqımızın adı qalxdı. Çox şey demək olar. Nə qədər desək də, yetməz. Bu zəfərə çox sevinirik. İnanın ki, mən hər zaman bu komanda üzərində təzyiq hiss etmişəm. Bir azərbaycanlı olaraq hər zaman narahat olmuşam. Düşünmüşəm ki, uduzsaq, necə olacaq? Amma bu gün inanın ki, çox rahat və ürəkliyəm. Nə qədər qələbə qazansaq da, çox çalışsaq da, zəifliyimiz var idi. Torpaqlarımız işğal altında idi. Biz orada necə insanlar itirmişik, nə qədər övladlar yetim qalıb. Yenə deyirəm, bu haqda çox danışmaq olar. İndi uduzmaqdan qorxmuram. Biz qalib xalqıq. Futbol böyük elmdir. Nə qədər futbol varsa, inkişaf da var. İndi komandam daha ürəkli və inamlıdır. Məğlub olmaqdan qorxmuruq. Artıq 1 il keçsə də, hər gün bu zəfərdən danışırıq. Bizim ailəmizdə də bu mövzular gedir, videolar izləyirik. Biz qəhrəmanlarımızın əziyyətinin qarşlığını verə bilmərik. Güclü və inamlı xalq kimi böyüyürük. Artıq uşaqlar dünyaya qəhrəman kimi gələcəklər. Bu zəfər kitablara yazılacaq, böyük bir elm olacaq. Əvvəl tarixdə olan digər ölkələrin qələbələrindən danışırdıqsa, indi özümüzdən danışacağıq. Biz də hər zaman çalışmışıq ki, Ağdamın adını uca tutaq. Rəhbərliyə təşəkkür edirəm ki, belə çətin anlarda komandanı saxladı. Biz aşağı düşmədik, minimum öz mövqeyimizi qoruduq. Artıq 8 ildir ki, Avropada “Qarabağ” haqda danışırlar.
  • Avrokuboklarda ilk dəfə pley-offa yüksəldiz. Hər uğurdan sonda gözləntilər artır. İndidən qışla bağlı planlar cızmısızmı?
  • Bizim işimizin bir hissəsi transfer pəncərəsinə hazırlıqdır. Hər zaman demişəm ki, transfer dönəmlərində heyətə 1-2 futbolçu cəlb etməliyik. Bununla yanaşı, heyəti qorumaq da vacibdir. Oyunçularımızın sayı çox olmalıdır ki, sıx qrafikdə balansı qoruya bilək. Çalışırıq ki, alınsa, qışda heyətimizi gücləndirək. Bu klubun ayaqda durması üçün bu işlər görülməlidir. Yayda alınmayan variantlarımız var ki, qışda alına bilər. İşlər gedir.
  • “Bazel”lə səfər oyunundan əvvəl Bakıda mətbuat konfransı təşkil etmək olar?
  • Nə suallar verəcəksiz? Bunu nəzərə alarıq.
  • Ramil Şeydayevin oyunu haqda nə düşünürsüz?
  • Özünə inamı artıb, çox çalışır. Onun istəyi, ondan tələblərimiz ona güc verir. Ümidlərimizi doğruldur və inanıram ki, daha güclü Ramil görəcəyik. Futbolçunun istəkli olması çox vacibdir. Ramil çox çalışır.
  • “Neftçi” və “Qarabağ” azarkeşləri arasında gərginlik artır. Bu gün də “Neftçi” əleyhinə şüarlar səsləndirdilər. Bu gərginliyi azaltmaq üçün bir açıqlamanız ola bilərmi?
  • Dünya futbolunda rəqiblər arasında mübarizəni artıran, daha yaxşılaşdıran azarkeşlərdir. Bunlar normal haldır. Etik qaydalara əməl etmək lazımdır. Bu gün atmacalar olsa da, etikadan kənara çıxılmadı. Düşünürəm ki, qarşıda azarkeşlərimizdən daha maraqlı şüarlar eşidəcəyik. Oyunları maraqlı edən azarkeşlərdir.
  • Samir Abasov ötən oyundan sonra azarkeşlərin şüarları ilə bağlı açıqlama verəndə sizdən nümunə gətirmişdi. Siz Abbasovu qorumağa çalışsaz da, o, sizdən nümunə çəkir…
  • Bir fikir haqda çox danışanda bu, dəyərdən düşür. Bu məsələni belə saxlamaq lazımdır. Buna normal baxıram. Abasovla yaxşı münasibətim var. O, elə bir şey demək istəyib ki, düzgün anlaşılsın. Dediyi də, olub. Deyə bilmərəm ki, olmayıb. Bir-birimizə belə suallar verməsək, yaxşıdır. Öz işimizi görək.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm