Ölkə futbolu
“Rəqibin üstün və zəif cəhətlərini bilirik” – Emin Mahmudov
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.Az xəbər verir ki, “Neftçi”nin kapitanı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.
Xatırladaq ki, sabah Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu