Dünya futbolu
“Real” Veyqa üçün təklif göndərəcək
“Real” Qabri Veyqaya olan marağını artırıb. Madridlilər aylardır izlədiyi futbolçunu transfer etmək qərarına gəlib.
Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, “Selta”nın yarımmüdafiəçisini bəyənən “Kral Klubu” yayda viqolulara rəsmi təklif göndərəcək. Klubu oyunçunu satmaq istəməsə, müqaviləsində nəzərdə tutulan sərbəstqalma bəndi aktivləşdiriləcək. Həmin bəndə görə oyunçunun müştərisi 40 milyon avro ödəyərsə, “Selta”nın Veyqanı saxlamaq imkanı yoxdur.
Digər İspaniya klublarından, eləcə də İngiltərədən təklifləri olan Qabri özü də Madridə can atır. “Selta” yetirməsi olan 20 yaşlı yarımmüdafiəçisinin mövcud müqaviləsi 3 il sonra başa çatacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”