Dünya futbolu
“Real”ın futbolçuları mükafatdan imtina edəcəklər
“Real”ın futbolçuları cari mövsümdə İspaniya La Liqasının qalibi olacaqları halda, çempionluq üçün nəzərdə tutulan mükafatdan imtina edəcəklər.
Futbolinfo.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda “El Chiringuito” telekanalına açıqlamasında bildirib.
Futbolçular koronavirus pandemiyası səbəbiylə klubun yaşadığı maddi durğunluğa görə bu addımı atacaq. Komanda üzvlərinin UEFA Çempionlar Liqasının qalibi olacaqları halda da mükafatdan imtina edəcəyi bildirilir.
La Liqada 34 turdan sonra 77 xal toplayan “Real” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
UEFA Çempionlar Liqasında da mübarizəni davam etdirən Madrid klubu, turnirin 1/8 final mərhələsinin ilk görüşündə “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub