Ölkə futbolu
Regekampfla Laval “Alyans”da jurnalistlərlə görüşəcək
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” (Vyana) – “Neftçi” oyunu öncəsi Bakı təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf və nigeriyalı futbolçu Yusuf Lavalın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Futbolinfo.az xəbər verir ki, tədbir avqustun 10-da Bakı vaxtı ilə saat 21:00-da “Alyans” mətbuat zalında baş tutacaq.
Konfransdan sonra – saat 21:30-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Rapid”in mətbuat konfransı, 20:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub