Dünya futbolu
Renato La Liqa klubunu seçdi
İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Feyenoord”un sabiq yarımmüdafiəçisi Renato Tapiyanı transfer edib.
Bu barədə “Selta”nın mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Perulu futbolçu azad agent kimi transfer olunduğuna görə, La Liqa klubu ona görə heç bir təzminat ödəməyəcək.
Peru yığmasının da şərəfini qoruyan Renato, “Tvente”nin yetirməsidi. O, 2016-cı ildən “Feyenoord”un uğurları üçün çalışırdı.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub