Dünya futbolu
Reşford 13 illik rekordu təkrarladı
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford 13 illik rekordu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çarlton”la görüşdə buna nail olub.
Meydana sonradan daxil olan və komandasının 3:0 hesablı qələbəsinə 2 qolla töhfə verən ulduz futbolçu ardıcıl 8-ci ev matçında fərqlənməyi bacarıb. “Qırmızı şeytanlar”da bu göstəriciyə sonuncu dəfə 2010-cu ildə sabiq forvard Ueyn Runi imza atıb.
Xatırladaq ki, Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 24 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi