Bizi izləyin

Milli komanda

Respublika stadionuna növbəti sensasiya ümidi ilə dönüş

blank
blank

Çox qəribə vəziyyətlə üzləşmişik. Yığmamız ötən il keçirilən Millətlər Liqasında qrup mərhələsində ilk 3 oyunda 1 xal topladıqdan sonra qəfil yüksəlişə keçdi. Canni de Byazinin komandası əvvəlcə Belarusu, daha sonra Slovakiyanı, sonda da qrupu lider kimi başa vuran Qazaxıstan yığmasını da məğlub etdi.

İndi də haradasa oxşar vəziyyətlə üzləşmişik. Avropa çempionatının seçmə mərhələsində Avstriya və İsveçə darmadağın olunduqdan sonra milli doğma meydanda Estoniyanı məğlub edə bilmədi. Amma iyun ayında Bakıda Belçika ilə oyunda ümid işartıları göründü. Komandamız qrupun liderinə layiqli müqavimət göstərdi. Hətta bu oyunla Domeniko Tedeskonun yetirmələrindən xal da almaq olardı. Bəli, həmin oyundan sonra yoldaşlıq görüşündə İordaniya seçməsini məğlub etməklə artıq yüksəlişə keçdiyimizi göstərdik. Budur, oktyabrın 13-də Tallində Estoniya millisini məğlub etməklə yenidən səhnəyə atıldıq.

Təəssüf ki, artıq səhnənin pərdələri aşağı enir. Belçika Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı, Avstriya yığmasının da bir ayağı oradadır. Bazar ertəsi Tofiq Bəhramov adına Respublika Stadionunda bizi məğlub etsələr, onlar da belçikalılara qoşulacaqlar.

Təbii ki, bizim bu yüksəlişimizə partlayış yox, qığılcım demək olar. Biz qrupda belə yaxşı başlasaydıq belə, yenə də final mərhələsinə vəsiqə qazanmaq şansımız olmayacaqdı. Çünki bu rəqiblərdən bəlkə də 1-2 xal artıq qopara bilərdik ki, bu da uğurlu sonluq üçün kifayət etməyəcəkdi. Ancaq hər nə qədər hədəflərimizi böyütsək də, reallıq hissini unutmuruq. İstəyimiz millimizin belə çətin qruplarda başıqapazlı olmaması və hər oyunda döyüşüb heç olmasa, güclülərdən xal qoparmasıdır. Amma görünən odur ki, de Byazi gedənə yaxın bunu etməklə növbəti tsikl üçün postunu qorumaq istəyir. Millətlər Liqasında bu alındı. Çətin ki, bu fənd yenə işə yarasın.

İndiki məqamda azarkeşləri kimlərinsə planı yox, komandanın nəticə qazanması maraqlandırır. Qatarımız çoxdan getsə də, Avstriya yığmasının relsinə çubuq qoya bilərik. Doğrudur, bizimlə görüşdə xal itirəcəyi zaman avstriyalılar relsdən çıxmayacaq. Ralf Ranqnikin komandası səfərdə Estoniyanı məğlub edib uğurlu şəkildə “platforma”ya daxil olacaq. Buna baxmayaraq, onlara dişimizi göstərə bilərik.

Martın 24-də millimizi məğlub etdikdən sonra avstriyalılar uğurlu yürüşü növbəti oyunlarda da davam etdirdilər. Doğrudur, bizimlə görüşdən 3 gün sonra Estoniya seçməsini çətinliklə məğıub etdilər. Həmin matçda avstriyalıların dadına sona 1 dəqiqə qalmış “Frayburq”un hücumçusu Qreqoriş çatdı. Buna baxmayaraq, Ranqnikin komandası növbəti oyunlarda daha xoş təsir bağışladı. Əvvəlcə, qrupun əsas favoriti Belçika yığması ilə səfər oyunundan xalla qayıtdılar. Daha sonra əsas rəqibləri İsveçə diş keçirdilər. Mərkəzi avropalılar skandinaviyalıarı əvvəlcə Vyanada 2:0 hesabı ilə məğlub etdilər, daha sonra Solnada 3:1 hesabı ilə qalib gəldilər.

İsveçdən qoparılan 6 xal bu komandanın işinə çox yaradı. Son oyunda Belçikanı evdə məğlub edəcəkləri halda, Bakıya turist kimi gələcəkdilər. Çünki artıq Avropa çempionatına vəsiqəni təmin edəcəkdilər. Amma oyunun Vyanada keçirilməsinə baxmayaraq, səviyyə fərqi öz sözünü dedi. Tedeskonun komandası 58 dəqiqəyə 3 qol vuraraq “Ernst Happel”i şoka saldı. Doğrudur, oyunun sonlarında “vundertim” toparlanaraq bu toplardan ikisinin əvəzini çıxa bildi. Lakin ciddi cəhdlərinə baxmayaraq, məğlubiyyətdən xilas ola bilmədilər.

İstənilən halda, bu məğlubiyyət avstriyalıların zəifləməsi demək deyil. Oyun planında komanda elə də pis təsir bağışlamadı. Topa yiyələnmə və ümumilikdə qapı istiqamətinə endirilən zərbələrdə Ranqnikin komandası rəqibini üstələdi. Üstəlik, sonlara yaxın xarakter nümayiş etdirmələri çox şeydən xəbər verir. Bir sözlə, oktyabrın 16-də işimiz çox çətin olacaq. Qarşımıza çox intizamlı komanda çıxacaq.

Bəs, bu rəqibi necə büdrətmək olar? Bizimlə mart ayında keçirdikləri oyundan sonra komandada ciddi dəyişiklik baş veribmi? Oyun planında bu sualın 1 cavabı var: YOX! Heyətə nəzər salsaq, yaxşısı budur, ilk oyunla son görüşü müqayisə edək.

Taktiki düzülüşə baxanda, ciddi fərqin olmadığını görərik. Məsələn, Ranqnik bizimlə oyunda 4-4-2 sxeminə üstünlük vermişdisə, ayın 13-də Belçikaya qarşı 4-4-1-1 taktikası ilə oynadı. Heyətə gəlincə, artıq məşqçinin qapıçını dəyişdiyini görərik. Lintsdə Azərbaycan və Estoniya ilə oyunlarda Heynts Lindner qapıda dururdusa, sonrakı oyunlarda “çərçivə” Aleksander Şlyagerə həvalə edildi. Böyük ehtimalla, Ranqnik bizə qarşı yenə də ondan istifadə edəcək. 2019-cu ildən yığmaya çağrılan 27 yaşlı qapıçı son 6 ildə LASK-da özünü yaxşı tərəfdən göstərdikdən sonra bu yay doğulduğu və karyerasına başladığı şəhərin komandasına, yəni “Zaltsburq”a keçib. Hazırda inamlı oyunu ilə Şlyager ona bəslənilən ümidləri doğrultmaqdadır.

Müdafiəyə gəlincə, burada qismən dəyişikliyin şahidi olarıq. Amma buna haradasa məcburi dəyişiklik demək olar. Məsələn, istər mart ayında, istərsə də indi David Alaba zədəli olmasaydı, meydana çıxacaqdı. Amma Ranqnik bu görüşlərdə zədəli kapitanına güvənə bilmədi. Lintsdə bizə qarşı oyunda meydana çıxan “Feyenoord”un müdafiəçisi Gernot Trauner zədə səbəbindən Bakıdakı oyunda meydana çıxmaya bilər. Elə “Bolonya”nın arxa xətt oyunçusu Ştefan Poş da Tofiq Bəhramov adına Respublika stadionunda qarşımıza çıxmayacaq. Amma Poş Lintsdə start heyətində meydanda olmasa da, 34-cü dəqiqədə zədələnən Maksimilian Ueberin yerinə döyüşə atılmışdı.

Ümumilikdə isə həm bizimlə, həm də Belçikayla oyunda “Lans”ın mərkəz müdafiəçisi Kevin Danso varlığını göstərmişdi. İlk oyunda Dansonun yanında yuxarıda adını çəkdiyimiz Gernot Trauner qərarlaşmışdısa, Filipp Linhart Belçikayla oyunda Danso ilə duet təşkil etmişdi. “Frayburq”un müdafiəçisinin məharətini“Qarabağ”a qarşı oyunda görmüşük.

Bizimlə ilk oyunda müdafiənin sol cinahı Filip Mvaneyə həvalə olunmuşdusa, bu dəfə o düşərgəyə çağrılmayıb. Əvəzində həmin mövqedə bu yay “Zaltsburq”dan “Leypsiq”ə keçən 22 yaşlı Nikolas Zeyvald oynayır. Yarımmüdafiədə oynamağı bacaran bu oyunçunun həmlələrindən ehtiyatlanmaq lazımdır.  Çünki o, Lintsdə orta xəttdə qarşılamış və dağıdıcılığı ilə diqqət çəkmişdi.

Orta xəttdən söz düşmüşkən, artıq əsas heyətdə öz yerini möhkəmlədən Patrik Vimmerlə Konrad Laymer hazır vəziyyətdə dayanıb. Hələ komandanın dirijoru olan Marsel Zabitserdən danışmırıq.  Kim bilir, bəlkə də 29 yaşlı futbolçu Belçikaya qarşı start heyətində meydana çıxsaydı, vəziyyət başqa cür olacaqdı? Bizimlə oyunda dubl edən Zabitser o vaxt “Mançester Yunayted”i təmsil edirdisə, indi Dortmund “Borussiya”sında çıxış edir.  Bu mövsüm yalnız 4 oyunda meydana çıxan və hələ də qol vura bilməyən Marselin oyununda eniş hiss olunur. Amma bu eniş bizim kimi komandalarla oyunlarda büruzə verməməlidir.

Sabitzerin oyunda enişdən danışdıqsa, Konrad Laymerin yüksəlişindən danışmaya bilmərik. Mart ayında qarşımıza “Leypsiq”in oyunçusu kimi çıxan Laymer hazırda “Bayern”i təmsil edir.  Onunla yanaşı “Volfsburq”da oynayan Patrik Vimmerin də təqdimata ehtiyacı yoxdur. Əvəzində bizə qarşı oynamayan “Leypsiq”in dayaq yarımmüdafiəçisi Xavyer Şlyager hazırda saz vəziyyətdədir.

Avstriya millisinin yarımmüdafiə xətti bundesliqada çıxış edən futbolçulardan qurulduğundan işimizin necə çətin olacağını təsəvvür etmək çətin deyil. Təəssüf ki, hazırda ən yaralı yerimiz də məhz orta xəttdir. Nə Emin Mahmudov, nə də Aleksey İsayev onların öhdəsindən gələ biləcək səviyyədə deyil. Coşqun Diniyev estonlarla oyunda fəallığı ilə seçilsə də, bu Avstriya yığmasına qarşı görüşdə nə dərəcədə keçərli olacaq? Bakıdakı oyunda uğurun açarı orta xətti bağlamaq olacaq ki, bu da möcüzəyə bərabərdir.

Avstriyalıların hücumuna gəlincə, Marko Arnautoviçin zədə səbəbindən bizə qarşı oynamayacağı bəlkə də işimizə yaraya bilər. Amma “İnter”in hücumçusu ilk oyunda da zədəli idi, əvəzində qapımızda 4 top gördük. Yəni, bu da nəfəs almağımız üçün oksigen balonu effektini verə bilməz. Tək hücumla yarımmüdafiə arasında körpü olan “Leypsiq”in üzvü Kristof Baumqartner bütün müdafiə xəttimizə dəyər. Rahillə Höccət estonları bağlaya bilər, amma onların avstriyalıların hücumameyilli oyunçularını zərərsizləşdirə biləcəyi inandırıcı görünmür.  Hər nə qədər formada olan mərkəz hücumçuları ilə bağlı problemləri olsa da, yaradıcı oyunçuları, asmaları və standart vəziyyətləri ilə işimizi çətinləşdirəcəklər.

İndiyə qədər 5 dəfə oynadığımız və yalnız 2005-ci ildə Bakıda xal aldığımız komandaya yenə də məhz Tofiq Bəhramovda badalaq vurmaq istərdik. O vaxt 0:0 hesabı ilə başa çatan oyundan sonra baş məşqçimiz Vaqif Sadıqovun necə çılğıncasına sevindiyini xatırlayırsızmı? Əmin olun ki, bu dəfə də heç-heçə olsa, az qala yeni müqaviə üçün yalvaran de Byazi eyni tərzdə şadlanacaq. Amma son 3 oyunda 3 top fərqli ilə məğlub olduğumuz (hətta son 2 oyun 4:1 hesabı ilə başa çatıb) komanda bizi udub Avropa çempionatına birbaşa vəsiqə qazanacaqsa, deməli, işimiz daşdan çıxacaq.

Doğrudur, daha istedadlı və kreativ komanda olan Belçika yığmasına qarşı Bakıda çox yaxşı oynamışdıq. Amma yekun nəticə bizə xal gətirməyəcəksə, bununla təsəlli tapmağa dəyməz. İstənilən halda, komandamıza ancaq uğur arzulamalıyıq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm