Dünya futbolu
Riçarlisonun tatusu Neymarı qəzəbləndirdi
Riçarlisonun kürəyinə döydürmək istədiyi tatu qalmaqala səbəb olub. “Tottenhem”in oyunçusunun seçimi Neymarı qəzəbləndirib.
Futbolinfo.az xəbər verir ki, Braziliya millisinin üzvü komandanın Dünya Çempionatında mübarizəni dayandırmasının ardından kürəyinə tatu döydürmək istəyir, ilkin variantın fotosunu paylaşıb. Orada futbolçu Braziliya bayrağı ilə yanaşı, özünü, Ronaldo Nazarionu və Neymarı təsvir etdirib. Mundialda vurduğu 3 qolun şərəfinə o, buna ehtiyac duyub.
Riçarlison hələ bitməmiş sənət əsərinin fotosunu paylaşıb və ilk olaraq Neymarın etirazı ilə üzləşib. Kapitan öncə yerli federasiyadan komanda yoldaşının cəzalandırılmasını istəyib, daha sonra futbolçuya 30 min avro göndərərək üzünün tatudan çıxarılmasını tələb edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”