Dünya futbolu
Ronaldo Messinin önünə kapitan kimi çıxacaq
PSJ artıq Səudiyyə Ərəbistanındadır. Paris klubu bu ölkənin “Əl-Nəsr” və “Əl-Hilal”ın oyunçularından qurulan “Ulduzlar komandası” ilə xeyriyyə oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu matç daha çox Lionel Messi – Kriştianu Ronaldo qarşılaşması kimi maraq doğurur. Dünya çempionu Messinin çıxış etdiyi PSJ bu qış “Əl-Nəsr”ə keçən Ronaldo və yoldaşlarını yenməyə çalışacaq.
Qarşılaşmadan öncə “Ulduzlar komandası”nın kapitan sarğısının Ronaldoya verildiyi məlum olub. Bu amil də qarşılaşmaya əlavə intriqa çaları qatıb.
Bu arada Səudiyyə Ərəbistanı hökumətinin nümayəndəsi “Tvitter”də bildirib ki, yerli iş adamı yoldaşlıq oyunu üçün hərraca çıxarılan bir bileti 2,5 milyon avroya alıb. Bu məbləğ Səudiyyə Ərəbistanının dövlət xeyriyyə təşkilatı “Ehsan”a veriləcək. Alınan bilet matçı VIP zonadan izləmək, mükafatlandırma mərasimində iştirak etmək, komandaların paltardəyişmə otaqlarına getmək və oyunçularla söhbət etmək hüququ verir.
Xatırladaq ki, sözügedən görüş yanvarın 19-na təyin edilib. Oyun Ər-Riyadda keçiriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO