Dünya futbolu
Ronaldo “Nyukasl”a azarkeşlik edir – müqaviləsindəki bəndə görə
Kriştianu Ronaldonun yenidən Avropaya dönüşü mümkündür. Çempionlar Liqasında oynamaq arzusundan vaz keçməyən portuqaliyalı “Əl-Nəsr”lə müqaviləsinə bununla bağlı xüsusi bənd saldırıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu ilə 2,5 illik müqavilə bağlayan Ronaldo bundan sonra “Nyukasl”a azarkeşlik edəcək. Çünki o, müqaviləyə “sağsağanlar”ın ÇL-ə vəsiqə qazanması təqdirində bu kluba keçməsi barədə bənd saldırıb. İngiltərə təmsilçisi qitənin ən nüfuzlu yarışına vəsiqə qazanarsa, Ronaldonu icarəyə götürəcək və “Əl-Nəsr” onun gedişinə problem yaratmayacaq.
“Marca”nın yazdığına görə, Kriştianu Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağlamamış “Nyukasl” rəhbərliyi ilə bu məsələni razılaşdırıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub