Bizi izləyin

Ölkə futbolu

Rövnəq Abdullayev futboldan imtina edir

blank

Sərlövhə sizi çaşdırmasın. AFFA prezidenti Rövnəq Abdullayev futbol təsərrüfatının rəhbəri postundan getmir. Bu, onun ümumiyyətlə, sonu olar. Çünki Azərbaycanda kiminsə hansısa postu itirməsi həndəsi silsilə ilə enişinin başlanğıcı olur. SOCAR-ın prezidenti isə bu taleni özünə rəva bilməz.

Bir çox vəzifələri tutan, o cümlədən, futbol və cüdo təsərrüfatına rəhbərlik edən Abdullayev sadəcə, maliyyə xərclərini azaltmağa qərar verib. Dövlət rəhbərliyinin də onun fəaliyyətindən narazı olması, SOCAR-ın bir çox layhələrin icrasında gözünü dövlət büdcəsinə dikməsini qabartması Abdullayevi hərəkətə keçirib. O, kənar xərcləri maksimum azaltmağa çalışır.

Neçə illərdi milyonların dövr etdiyi futbol da qənaətdən nəsibini alıb. Hər il daha çox pul xərcləndikcə daha çox tənəzzül edən ölkə futbolunda bir sıra ixtisarlar aparılır. Amma maraqlıdı ki, maliyyə AFFA-nı ələ keçirən, büdcənin əsas hissəsini mənimsəyən Elşad Nəsirov – Elxan Məmmədov klanına təsir etməyəcək. Bu adamların müxtəlif postlara yerləşdirdiyi kadrlar yerindədi, mənasız layihələr də davam edir.

Rövnəq bəy maliyyəni futbolda daha çox lazım olan sahədən kəsir. Belə ki, SOCAR-dan birbaşa və ya dolayısı ilə qidalanan bəzi klubların büdcəsi azaldılır, onlar isə uşaq futbolunu ikinci plana atır.

Abdullayev oğlu Rəşadın və qardaşı oğlu Tamerlan Abdullayevin birlikdə idarə etdiyi “Səbail”in büdcəsini azaldıb. Onlar isə “Səbail-2”-ni ləğv etməyə qərar veriblər. Belə ki, bu komandanın növbəti mövsümdə divizionda mübarizə aparmayacağı gözlənilir. Komanda artıq dağıdılıb və futbolçulara özünə yeni iş yeri tapmaq tövsiyə olunub.

Hansısa komandanın ləğvi bu qədər rezonans doğrumazdı, lakin iş ondadı ki, əvəzedici heyətlərin ləğvi artıq kütləvi hal alır. “Qəbələ”nin ardınca “Zirə” eyni qərarı vermişdi, indi də “Səbail” yarışdan çəkilir. Bu isə o deməkdi ki, bütün yaş qrupları üzrə yarış keçirən AFFA əslində, büdcəni doğru olmayan strategiya ilə dağıdır. Təsəvvür edin, bütün yaş qrupları üzrə futbolçular yetişir, çempionatda çıxış edir və əsas komandaya düşmək lazım olan vaxtda çölə atılır.

U-19 komandasından ayrılan futbolçuların birbaşa əsas komandaya keçidi mümkünsüzdü, belələri 1-2 nəfər ola bilər. 20-yə yaxın digər futbolçular üçün isə oynamağa komanda qalmır. Əvvəla ona grə ki, əsas komanda nəticə verməli olduğundan təcrübəlilərlə və legionerlərlə doludur. İkincisi, Premyer Liqada cəmi 8, divizionda isə 4-5 komanda var. Belədə futbolçular məhz peşəkar addım atmağa hazırlaşdığı məqamda taleyin ümidinə buraxılır.

Bunu xüsusilə “Səbail”in etməsi üzücüdü. Stadiona, əla bazaya malik klubun akademiyasının üstündən xətt çəkməsi (əvəzedici heyət ləğv olunduqdan sonra akademiyanın fəaliyyətinin mənası yoxdu – müəl.) pis örnəkdi. Və bunun Abdullayevin illərdi oğluna görə maliyyə kanalı açdığı qondarma klubda reallaşması çox pisdi. Bəs, yaradılmasnda məqsəd Azərbaycan futboluna yeni istedadlar bəxş etmək olan “Səbail”ə illərdi xərclənən milyonların hesabatını kim verəcək?

Bu sözlər uşaq futboluna, akademiyaya barmaqarası münasibət göstərən bütün klublara aiddi. Əvəzedici heyətini ləğv edən “Qəbələ” bugünədək yetirmələrini xarici klublarda yerləşdirməklə və ya digər klublarımıza satmaqla, bir neçəsicini də əsas komandaya cəlb etməklə problemi aradan qaldırırdı. Lakin artıq buna da imkan olmayacaq. Çünki komandalar bir-bir aradan çıxır, stimulsuz, heç bir faydası olmayan divizionda oynamaq istəyən yoxdu, üstəlik, klubların maliyyə durumu da pisləşib.

Eyni sözləri “Zirə”yə də aid etmək olar. Hər yay-qış onlarla futbolçu alan, büdcəni faydasız əcnəbilərə sərf edən, 6 aydan sonra da onları yeniləriylə əvəzləyən qəsəbə klubunun nə istədiyi bəlli deyil. Əvəzində bir əcnəbiyə xərclənən pul qədər məsrəf tələb edən əvəzedici komanda ləğv edilir. Klubun akademiyasından isə danışmağa dəyməz. Bir ilə yaxındı vahid idarəetmə yoxdu, komandalar yarışlara iştirak naminə qoşulur, nəticələr bərbaddı. Elə bu üzdəndi ki, hətta gənc oyunçular da başqa klublardan götürülür, akademiyanın yetirməsi gözə dəymir.

Məhz AFFA prezidentinin ailə klubunun bu addımından sonra “Qəbələ”yə, “Zirə”yə deməyə söz qalmır. Rövnəq Abdullayev də uşaq futboluna, yeni nəslin yetişməsinə belə biganəlik göstərirsə, digərləri üçün pis nümunədi.

Səbəb kimi maliyyə problemi göstərilə bilər. Amma problem pulun azlığında deyil, əla büdcənin düzgün xərclənməməsindədi. Sənin ölkəndə futbolçu tapılmırsa, 5 aydı top üzü görməyən birini milliyə çağırmağa məcbur olursansa, 2 milyon avroluq italiyalı baş məşqçi və əcnəbilərdən ibarət 6 nəfərlik məşqçilər korpusu nəyinə lazımdı? Və ya ölkədə PRO kateqoriyalı 100-dək məşqçi olduğu halda U-21, U-17 niyə xarici mütəxəssisə tapşırılmalı, onlara nəyə görə ümumilikdə 1 milyon avro maaş verilməlidi? Faydaları olsa, göz yummaq olar, amma onların da ən yaxşı nəticəsi Lixtenşteyn kimi “cırtdan”a tarixindəki ilk qələbəni qazandırmaq olub.

Bundan başqa, Eddi İsrafilovu, Dmitri Nazarovu millimizdə oynatmaq üçün milyonlar xərclənib, bu milliləşənlər indi müxtəlif bəhanələrlə yığmanın düşərgəsinə gəlmir, 1,5 milyon dolları öncədən alan Renat Dadaşov klub dəyişə-dəyişə veteran yaşına yaxınlaşır. Halbuki sadaladığımız bu məbləğləri düzgün xərcləməklə Azərbaycanda bir neçə akademiya açmaq, 5-6 bölgə komandasının Premyer Liqada iştirakını təmin etmək olardı.

Berlində məktəb açıb, milyonlar xərcləyib, 3 aydan sonra bağlamaq, topçiləmə festivalları keçirmək, varlı uşaqları üçün “Mançester Yunayted” məktəbi təşkil etmək… Bu layihələrdən bir nəfər də ortaya çıxmayıb, xərclənən vəsaiti isə kalkulyatorla da hesablamaq olmur.

Və bu gün Rövnəq Abdullayevin gücü onun imicini talançı siyasəti ilə ləkələyən Elxan Məmmədova çatmır, əvəzində uşaq komandalarının ləğv olunması ilə nəticələnən qənaət siyasətinə əl atır. Təsadüfi deyil, “Sumqayıt”, “Keşlə”, “Səbail”də 3 aydı maaşlar verilmir, SOCAR ötən mövsümün pandemya üzündən dayandırılmasını əsas gətirərək klublara ayrılan vəsaiti gecikdirir, unutdurmağa çalışır. İcraiyyə Komitəsinin xüsusi qərarı ilə “Qəbələ”, “Zirə”, “Sumqayıt” və həmin “Səbail”ə ayrılan maliyyə yardımları da bugünədək köçürülməyib.

Abdullayevin məlum iqtisadi çətinliklər üzündən “əlini sıxması”, büdcəni azaltması başadüşüləndi. Lakin qənaəti havaya sovrulan pulların olduğu istiqamətlərdə deyil, məhz futbolun inkişafının təmin olunduğu yerdə edirlər. Bu fakt da Rövnəq bəyin futboldan, onun gələcəyindən, inkişafından imtina etməsi kimi başa düşülməlidi. Millisinə italiyalı rəhbərlik edən ölkənin futbolunda uşaqlar küçələrə atılmamalı, ömrünü verdiyi peşədən küsdürülməməli, tüfeyli həyata sövq edilməməlidi.

FƏRİD

Reklam

Reklam


blank
Digər idman növləri2022-12-05 23:20

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2022-12-05 23:12

DÇ-2022: Braziliyadan erkən qollar – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-05 22:52

Emrelinin tarixə düşən komanda yoldaşı

blank
Dünya futbolu2022-12-05 22:31

Ardıcıl 7-ci dəfə: penalti seriyasını başlayanlar qalib gəlmir

blank
Dünya futbolu2022-12-05 22:05

Xorvatların pley-off xarüqələri

blank
Dünya futbolu2022-12-05 21:18

Perişiç də siyahıya düşdü

blank
Dünya futbolu2022-12-05 21:07

Van Deykdən üstüörtülü məsləhət

blank
Digər2022-12-05 20:55

Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü

blank
Dünya futbolu2022-12-05 20:28

FİFA uruqvaylı futbolçularla bağlı araşdırmalara başladı

blank
Dünya futbolu2022-12-05 20:06

Keyn Bellingem üçün klub seçir

blank
Dünya futbolu2022-12-05 19:40

“Ştutqart” yenə ona tapşırıldı

blank
Dünya futbolu2022-12-05 19:25

Mundial bitincə Jiru yeni müqavilə bağlayacaq

blank
Dünya futbolu2022-12-05 19:09

“Udineze” aldı, “Uotford”da oynayacaq

blank
Dünya futbolu2022-12-05 18:54

Adriano yenə boşandı – 24 gündən sonra

blank
Dünya futbolu2022-12-05 18:42

Vinisius “Nike”dan küsüb

blank
Ölkə futbolu2022-12-05 18:30

“Advokat” beynəlxalq turnirə dəvət aldı

blank
Ölkə futbolu2022-12-05 18:14

Broqno yenə qələbə istəyir: “Niyə də təkrarlanmasın?”

blank
Digər idman növləri2022-12-05 17:33

“Azərreyl” oyunlarını Almaniyada keçirəcək

blank
I Divizion2022-12-05 17:00

Liderdən səfərdə inamlı qələbə

blank
Dünya futbolu2022-12-05 16:24

Ronaldonun yeni klubu bəlli oldu

blank
Dünya futbolu2022-12-05 15:57

DÇ-2022-nin ən nümunəvi komandası

blank
Ölkə futbolu2022-12-05 15:22

Xilaskar Ülvi: “Qarabağ”la ardıcıl 3 oyun daha yaxşıdır”

blank
Dünya futbolu2022-12-05 15:14

DÇ-2022: Tarixi rekorda bir addım qaldı

blank
Dünya futbolu2022-12-05 15:07

İsveçrə – Serbiya rəqabətində alban amili

blank
Dünya futbolu2022-12-05 15:00

Mbappeylə məğlubiyyətsiz seriya

blank
Dünya futbolu2022-12-05 14:43

Əli Daeinin restoranı və mağazası möhürləndi

blank
Dünya futbolu2022-12-05 14:24

Super Liqa klubunda iki ayrılıq

blank
Ölkə futbolu2022-12-05 14:09

Axundov derbiyə hazırdır: “Vahabzadənin vaxtında çempionata çox pis başladıq”

blank
Dünya futbolu2022-12-05 14:01

DÇ-2022: Fil Foden üçün əlamətdar oyun

blank
Premyer-liqa2022-12-05 13:42

Azərbaycan derbisi PFL-in obyektivində – VİDEO

blank
Premyer-liqa2022-12-05 13:42

Azərbaycan derbisi PFL-in obyektivində – VİDEO

blank
Ölkə futbolu2022-12-05 12:26

“Karvan”ın növbəti qələbəsi – VİDEO

blank
Premyer-liqa2022-12-04 20:13

“Zirə” “Turan Tovuz”u belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2022-12-04 19:54

“Nəticə istədiyimiz kimi oldu” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-12-04 18:05

Samir Abasov: “Ofisdə gördüyümüz işlər meydançadakını ötüb keçib” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:35

Tərlan Əhmədov: “Hərdən enməlisən ki, qalxa biləsən” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:18

“Kəpəz” “Sumqayıt”da doğma meydanda uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 20:15

“Şamaxı” “Sabah”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-12-03 17:16

“Səbail” “Qəbələ”yə də uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

Facebook

Gündəm