Dünya futbolu
Rusiya millisinin sabiq üzvü futbolçu karyerasını bitirdi
Futbol üzrə Rusiya millisinin sabiq hücumçusu Roman Pavlyuçenko karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, Rusiya ikinci liqasında “Znamya”da çıxış edən 40 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.
Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.
Pavlyuçenko karyerası ərzində “Dinamo” (Stavropol), “Rotor” (Volqoqrad), “Spartak” (Moskva), “Tottenhem”, “Lokomotiv” (Mosvka), “Kuban” (Krasnodar), “Ural” (Yekatenburq) və “Ararat” (Moskva) kimi klubların da formasını geyinib. O, 2003-2012-ci illərdə Rusiya yığmasının heyətində 51 oyuna çıxıb, 21 qola imza atıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub