Ölkə futbolu
“Səbail” braziliyalı müdafiəçidən imtina etdi – xroniki zədəyə görə
Luan Leyte da Silva “Səbail”də oynamayacaq. Komandada baxışda olan braziliyalı sınaqdan keçməyib.
Futbolinfo.az xəbər verir ki, Türkiyədə toplanışda olan “dənizçilər” 27 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyirdi. Baş məşqçi Şahin Diniyevin çox bəyəndiyi və heyətə qatmaq istədiyi cənubi amerikalı məhz imza üçün düşərgəyə gəlibçiş. Lakin tibbi müayinə zamanı Luanın xroniki zədəsi olduğu üzə çıxıb.
2017-ci ildən Avropada oynayan, Avstriya, Yunanıstan və Bolqarıstan klublarında forma geyən Leyte da Silvanın son klubu Plovdiv “Lokomotiv”i olub. Ötən yay azad agent kimi transfer edilən müdafiəçi qışda Varna “Spartak”ına icarəyə verilmişdi. Görünür, elə bu zədəsinə görə onunla müqavilənin müddəti uzadılmayıb. “Səbail”də də sayıq olublar və Luanın keçidi lazım bilinməyib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi