Ölkə futbolu
“Səbail” Gürcüstana 21 futbolçu ilə gedir
Gürcüstanın paytaxtı Tiflisə təlim-məşq toplanışına yollanacaq “Səbail” burada 21 futbolçu ilə hazırlıq keçəcək.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov səfərə 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu aparır.
Komanda qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. “Dənizçilər” iyulun 22-də “Dinamo” (Tiflis), 25-də “Qaqra”, 29-da isə “Dila” (Qori) ilə üz-üzə gələcək. Hər üç klub Gürcüstanın yüksək liqasında çıxış edir.
Qapıçılar: Emil Balayev, Hüseynəli Quliyev;
Müdafiəçilər: Adil Nağıyev, Cabir Əmirli, Qustavo Moreno de França, Fakundo Kardozo, Turan Manafov, Rafael Məhərrəmli, Vüqar Həsənov;
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Emil Martinov, Franko Mazurek, Emin Zamanov, Tural Bayramlı, Ədilxan Qarəhmədov, Vüsal Qənbərov, Elmir Tağıyev;
Hücumçular: Ağabala Ramazanov, Luvaqa Kizito, Qoba Zakpa, Ruslan Hacıyev.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”