Müsahibə
“Səbail”dəkindən daha yaxşı olmaq istəyirəm” – Kubemba
“Sabah”ın hücumçusu Kevin Kubembanın futbolinfo.az-a müsahibəsi
– Son mövsümü sizin üçün uğursuz saymaq olar. İndi özünüzü necə hiss edirsiz?
– Düzdür, son mövsüm mənim üçün uğursuz oldu. Həqiqətən pis bir il adlandıra bilərik. Lakin hər şey yaxşı olacaq. Özümü getdikcə daha yaxşı hiss edirəm.
– Növbəti mövsüm üçün hazırsan?
– Növbəti mövsüm üçün çoxdan hazıram. Meydana çıxıb qol vurmaq istəyirəm.
– “Səbail”dəki çıxışınızı davam etdirə biləcəksiz?
– Özümü daha yaxşı vəziyyətə gətirmək üçün çalışıram. “Səbail”dəkindən daha yaxşı olmaq fikrindəyəm. Ümid edirəm ki, ciddi zədədən uzaq və yaxşı bir mövsüm məni gözləyir.
– “Sabah” artıq yeni məşqçi ilə çalışmalara başlayıb. Sizcə, komandanın ikinci əcnəbi məşqçisi uğurlu olacaq?
– Mən ona inanıram. Düşünürəm ki, o Azərbaycanda uğur qazana biləcək.
– Təlim-məşq toplanışı necə gedir? Pandemiyaya görə yaranmış problemləri hiss edirsiz?
– Uzun müddət məşqsiz qaldıq. Açığı, mənim üçün bu müddət daha uzun idi. İndi hazırlıq normal şəkildə davam edir.
CAVAD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO