Müsahibə
Şəhriyar Əliyev məşqçisi kimi düşünmür: “Uduzmuşuqsa, günah təkcə qapıçıda, müdafiəçidə deyil”
“Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi
- “Keşlə” iki turluq qələbədən sonra uduzdu. “Qəbələ”yə doğma meydanda məğlubiyyətin səbəbini nədə görürsən?
- Çempionatdakı komandalar demək olar ki, hamısı bir-birinə uyğun rəqiblərdir. Bu matça da yaxşı hazırlaşmışdıq. Bilirdik ki, bu qalibiyyət yuxarı pillələrlə xal fərqini bir az da azaldacaq. Bu da 3-cü yer uğrunda mübarizə üçün bizə kömək olacaqdı. Amma ilk hissəyə çox pis başladıq. 0:2-dən sonra geridönüş etməyə çalışdıq. Lakin qollar buraxdıqdan sonra bunu etmək çox çətindir. Matçın sonlarına yaxın oynadıq, qol fürsətləri əldə etdik, amma nəticə xeyrimizə olmadı.
- Bu oyundan sonra baş məşqçi Sənan Qurbanov dedi ki, bizə yaraşmayan qollar buraxdıq. Baş məşqçi bununla həm də müdafiə xəttinə, qapıçıya irad bildirdi. Sən necə düşünürsən bu barədə?
- Fikrimcə, komanda uduzursa, burda hamı günahkardır. Müdafiə hücumdan başlayır. Uduzmuşuqsa, günahı qapıçıda, müdafiə xəttində deyil, hamıda görmək lazımdır. Oyundan sonra iclas oldu, orada bütün səhvləri baş məşqçi bizə dedi. Üzərimizdə işləyib bunları aradan qaldırmaq lazımdır. Açığı, rəqib çox asan qollar vurdu. Belə qolları buraxmaq lazım deyil. Diqqəli olmaq, qol buraxmamaq lazımdır. Adi səhvlərin üzərində işləmək lazımdır.
- Son 3 turdakı 2 qələbə komandanın gələcək oyunlardakı çıxışına necə təsir edəcək?
- Çempionata yaxşı başlamadıq, amma sonradan “Qarabağ”la heç-heçə edib, ardınca 2 qalibiyyət qazandıq. “Qəbələ”ni də udmaq istəyirdik, amma bacarmadıq.
- “Keşlə” qış fasiləsinə qədər hansı pillədə qərarlaşmaq istəyir. Konkret hədəf varmı?
- Bundan sonrakı oyunlara qalibiyyət üçün oynayacağıq. Qış fasiləsinə qədər 6 tur var. Bu oyunlardan maksimum nəticə əldə edib avrokuboklar mübarizəsindən qırılmamaq lazımdır.
- Qarşıda “Zirə” səfəri var. Qələbə qazana biləcəksinizmi?
- Çox çətin olacaq. Güclü komandadır, yaxşı hücum xətti var. Nəticələri də göz qarşısındadır. Qalib gəlsək, onlarla xal fərqimiz azalacaq. Çempionat elədir ki, hamı bir-birini məğlub edə bilər.
FƏRİD
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub