Digər idman növləri
Sərvəti 1 milyardı keçən 4-cü idmançı
“Los-Anceles Leykers”in heyətində 5 dəfə Milli Basketbol Assosiasiyasının qalibi olan əfsanəvi amerikalı basketbolçu Mecik Conson sərvəti 1 milyard dollara çatan dördüncü idmançı olub. Bu barədə “Forbes” nəşri məlumat verib.
Bu vaxta qədər yalnız 3 idmançı milyarder olmuşdu. Bunlar MBA əfsanəsi Maykl Cordan, “Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms və məşhur amerikalı qolfçu Tayger Vudsdur.
Jurnalın məlumatına görə, hazırda Consonun sərvəti 1,2 milyard dollara bərabərdir. Mecik ABŞ-nin bir neçə idman komandasında səhmlərə sahibdir. Bundan əlavə, o, kinoteatrlara, ictimai iaşə müəssisələrinə və bəzi digər sahələrə sərmayə qoyur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub