Premyer-liqa
“Şamaxı” ilə “Qəbələ”nin 64-cü dueli
Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” bu gün səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.
Mayın 22-də keçiriləcək matç komandalar arasında 64-cü duel olacaq. Rəqiblər ümumilikdə 63 dəfə görüşüb. 22 dəfə qalib gələn “Qəbələ” 20 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 71 top keçirən “Qəbələ” futbolçuları 81 qol buraxıblar. “Qəbələ”də Daniel Subotiç daha çox – 5 qol vurub.
“Qırmızı-qaralar” “Şamaxı” ilə Premyer Liqada 59-cu dəfə görüşəcək. Çempionatda 19 qələbə və 20 heç-heçəsi olan komanda 19 məğlubiyyət alıb. “Şamaxı” top fərqində də üstündür – 74-64.
“Qəbələ” 31-ci dəfə “Şamaxl” ilə rəqib meydanında görüşəcək. 10 səfər qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib meydanında 33 qol vuran “Qəbələ” 49 top buraxıb.
Xatırladaq ki, mayın 22-də keçiriləcək “Şamaxı” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək