I Liqa
“Şamaxı” ölkə çempionatından imtina edir: AFFA-ya rəsmi müraciət olunub
“Şamaxı” yeni mövsümdə əvəzedicilərini I Diviziona buraxmayacaq. Klub ikinci komandanı saxlamamağa qərar verib və bununla bağlı AFFA-ya müraciət edib.
AFFA-nın “yox” demək şansı yoxdu, “Şamaxı”nın istəyi rədd olunsa, bu, ikili standart sayılacaq. İki həftə əvvəl “Sabah”ın eyni müraciətinə müsbət cavab verən qurum, yaratdığı presedent üzündən özünə çıxış yolu qoymayıb.
Hələ o zaman “Sabah”a edilən güzəştin yanlış olduğunu yazmışdıq. İcraiyyə Komitəsinin əvəzedici komandalarla bağlı rəsmi qərarı var – Premyer Liqanın ikinci komandalarının Divizionda iştirakı məcburidi, bundan boyun qaçıranlar üçün 100 min manat cərimə nəzərdə tutulub.
AFFA rəsmiləri özlərinin qəbul etdiyi qərarın üstündən keçib pis nümunə yaratdılar və indi “Şamaxı” eyni addımı atır, “hə” deməkdən başqa yolları yoxdu. Əvəzedici komandanı əlavə yük bilən, stimulsuz çempionatda oynamağı mənasız sayan digər Premyer Liqa klubları da eyni addımı atsa, buna təəccüblənməməliyik.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?