Ölkə futbolu
“Şamaxı”nın legioneri “Turan Tovuz”da
Premyer Liqaya hazırlaşan “Turan Tovuz” heyətinə daha bir legioner futbolçu cəlb edir. Bu barədə qol.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, ingiltərəli Natan Oduva ilə razılaşdıqlarını deyib.
Son olaraq “Şamaxı”da çıxış etmiş 26 yaşlı yarımmüdafiəçi komandanın Tiflisdəki düşərgəsindədir. Ayxan Abbasov Oduva ilə Bakıda müqavilə imzalayacaqlarını bildirib.
Qeyd edək ki, Natan Oduva “Tottenhem”in yetirməsidir. O, İngiltərənin U-17, U-18 və U-20 millilərində də çıxış edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”