Bizi izləyin

Ölkə futbolu

Silsilə “səhvlər”in daha biri: hakimlər də “Zirə”ni yenməyi bacarmadı

blank
blank

“Zirə”nin işi çətindi. Qəsəbə təmsilçisi təkcə rəqiblərinə qarşı deyil, həm də hakimlərlə mübarizəyə qüvvə sərf edir. “Qartallar”ın xal itirdiyi az qala bütün oyunlarda ədalət təmsilçilərinin payı var.

Təkcə xal itkisinin reallaşdığı son 3 oyunu xatırlatmaq kifayətdi. “Qarabağ”la matçda Rəhim Həsənov cəllad paltarı geymişdisə, “Sabah”la görüşdə hesab 0:0 ikən iki penaltini “görməyən” Kamal Umudlu səhnəyə çıxdı. Və dünən Elçin Məsiyev meydana “Keşlə” formasında təşrif buyurmuşdu.

Baş məşqçi Rəşad Sadıqovun debüt ilində üst pillələrdə olmasının AFFA-da xoş qarşılanmadığı aydındı. Bacarıqsızlıqları ifşa olunanlar 6 aya necə komanda yaratmağın mümkün olduğunu göstərən birini nyə sevsin ki? Və əgər irəlidə gedənə çata bilmirsənsə, ayağından dartmaqla onu özünə çatdırmalısan. Bu niyyətlə “Zirə”yə oyun quranlar hətta qərəzli hakimliklə istəyinə çata bilməyincə daha da azğınlaşır.

Hakimliyin ümumi səviyyəsi bərbaddı. Əksər komandaların məşqçiləri mətbuat konfranslarında bu barədə danışır, kütləvi narazılıq göz deşir. İş ondadı ki, qərəzli idarəçilik əsasən AFFA-dan maliyyələşməyən komandalara qarşı daha çox görünür və bu, səbəbsiz ola bilməz.

“Keşlə” SOCAR-ın növbəti 6 milyonluq paketini israf edib. Nəticələr göz önündədi, komanda autsayderlər qrupundan çıxa bilmir. Vəziyyəti qismən düzəltmək üçün əlavə yardıma ehtiyac var, rəhbərlik bunu təmin edir. Kimsə bütün bunların yalnız hakim səhvi olduğunu deməsin, illərdi futbolun içindəyik, kimin hansı bulaqan su içdiyini gözəl bilirik.

Dünənki matça gəlincə, “Keşlə” oyuna elə başlamışdı ki, sanki bütün uğursuzluqların acığını birdəfəlik çıxmaq istəyirlər. Oyuna köklənmə yüksək səviyyədə idi, futbolçular az qala qazonu didməyə hazır idi. Lakin bu, məşqçi ağılsızlığı sayılmalıdı, fiziki güc tükənməz deyil, belə oyun tərzinin sonda yorğunluğa səbəb olacağı bəlli idi.

İlk qolu “Zirə” vurdu. Stanislav Namaşkonun qapı önünə ötürmə zamanı çıxışda etdiyi səhv “Keşlə”nin hesabda geri düşməsinə səbəb oldu. Lakin elə ilk hücumdaca bakılılar status-kvonu bərpa etdi. Sezar Meza Kollinin penalti zərbəsini Mateus Albino dəf etsə də, topa ilk yetişən Nicat Qurbanov bərabərlik qolunu vurdu. Amma hakimlər bu epizodda Nicatın fitdən öncə cərimə meydançasına daxil olmasını görmək istəmədi. Nədənsə…

Cəmi 2 dəqiqə sonra Sadio Tounkara oyundakı ilk qüsursuz qolu vurdu. “Keşlə”yə gələni ilk dəfə daha rahat olduğu yerdə – cinah yarımmüdafiəçisi kimi oynayan qanalı mükəmməl zərbə ilə fərqləndi.

Əslində, bu oyunun bol qollu kecəcəyi gözlənilirdi. Əvvəlki oyunlarda 3:2 və 3:1 hesablı qələbələrə sevinmiş qəsəbə təmsilçisi dünənki matçdan sonra bu rəqibə vurduğu topların sayın 8-ə çatdırdı. “Qartallar”ın 22 dəfə fərqləndiyini nəzərə alsaq, onlar bu topların 36 faizini “Keşlə”yə vurub. Rəqib də eyni durumdadı – mövsüm ərzində vurulan 15 qolun 1/3-i “Zirə”nin qapısına tuş gəlib.

Birinci hissə yarılanmamış vurulan 3 qoldan sonra rəqiblər ehtiyatlı oynamağa başladı. Meydan sahibləri yenə aqressiv idi, lakin epizod yaratmaq baxımından intensivlik azalmışdı. Fasilədə Sadıqovun penaltiyə səbəbkar olan, eyni zamanda orta sahədəki mübarizədə çatdırmayan Elvin Camalovu Hacıağa Hacılı ilə əvəzləməsi “Zirə”nin təşəbbüsü ələ almasına yardımçı oldu. Sənan Qurbanovun tətbiq etdiyi aqressiv oyun üslubu beləcə ağıllı, səbrli oyunun qarşısında çözülməyə başladı. İndi qonaqlar daha təhlükəli görünürdü.

Qonaqların yarımmüdafiə xəttində, xüsusilə dayaq bölgəsində problem yoluna qoyulan kimi “Keşlə”nin qüsurları üzə çıxmağa başladı. Müdafiəçilərin mövqe səhvləri, süni ofsaydı düzgün tətbiq edə bilməməsi, yaradıcı oyun baxımından axsaqlığı son 20 dəqiqədə daha qabarıq göründü. Kor-koranə oynayan, irəlidə sərt pressinq tətbiq edən hücum oyunçularının qüvvəsi tükəndikcə üzərində yükü hiss edən “Keşlə” müdafiəçiləri əbəs yerə ən çox qol buraxan iki komandadan biri olmadıqlarını göstərdilər.

Ümumiyyətlə, bu matçda Azər Salahlıyla Miyusko Boyoviçin ehtiyatda qalması gözlənilmirdi. Xüsusilə ləng Tərlan Quliyevin sürətli rəqib hücumları qarşısında aciz qalacağı, hava ötürmələrində mübarizədə uduzacağı bəlli ola-ola Qurbanov təcrübəli legionerə yox, bu oyunçuya şans vermişdi. Cəzası bitən İlkin Qırtımovun, zədələnən Tounkaranı əvəz edən Vüsal İsgəndərlinin də ilk dəqiqələrdən meydanda görünməsi daha doğru olardı.

Bu oyunda beşli müdafiədən imtina edən Rəşad Sadıqovun qərarları da maraqlıydı. Lazar Corceviçlə Dmitrios Çantakiasın ehtiyatda saxlanması sürpriz idi. Ola bilsin, bu, yarımmüdafiədə sıxlıq yaratmağa, eyni zamanda limit oyunçusundan müdafiədə yararlanmağa hesablanmışdı.

“Zirə”nin təşəbbüsü ələ almasından sonra “Keşlə”nin meydandakı oyunçularının “sayı artdı”. Qayda pozuntularına ikili standartlarla yanaşmadan görünürdü ki, hakimlər qonaqları dayandırmaq üçün fürsət gəzir. Son dəqiqələrdə oyunun gedişini dəyişməkdə usta olan, bunun ən son nümunəsini “Sabah”la matçda göstərən “qartallar”ın müqavimətini tam qırmaq üçün “Keşlə”nin 3-cü qolu vurması lazım idi. Meydan sahibləri bunu bacarmayınca baş hakim Elçin Məsiyev məsuliyyəti üzərinə götürdü. Ötən tur “Qarabağ” – “Neftçi” oyununda 4 haqlı qırmızı vərəqə göstərən FIFA referisi bu dəfə heç nədən oxşar qərar verdi.

Düzdü, bu dəfə Məsiyevə Azərbaycan derbisində ona əla kömək edən laysmanlar yox, başqaları yardım edirdi. Çantakiasın meydandan qovulmasını da onlar təşkil etdi. Topsuz epizodda Anatole Abanqın əlini itələyən yunan müdafiəçi ən sərt cəzaya məruz qaldı. “Zirə” hücumda ikən əks qapının önündə “Keşlə”nin hücumçusu təxribata əl atdı, dəfələrlə Dmitriosun formasından tutub çəkdi. Müdafiəçi ondan qurtulmaq üçün sərt şəkildə əlini itələdi. Təqribən yarım dəqiqə sakit dayanan Abanq xəsarət alıbmış kimi birdən özünü yerə atdı və…

60-cı dəqiqədəki bu hərəkət, ucuz yolla üstünlük qazanmaq “Keşlə” adına utancverici mənzərə idi. Lakin bu komandanı daha çox utandıran 73-cü dəqiqədəki qol oldu. Hakim tərəfkeşliyinə rəğmən, səbrlə oynayan “Zirə” azlıqda ola-ola bərabərlik qolunu vurdu. Rəşad Sadıqovun hər qərəzli qərar zamanı hakimləri nümayişkaranə alqışlaması isə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov üçün həqarət alqışı idi. Tribunada var-gəl edib köməkçi hakimə tapşırıq verən “Keşlə”nin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü (!) Zaur Axundov, Hakimlər Komitəsinin sədri Frits Stuxlik və onların hamısının ağası olan Məmmədov öz məkrləri ilə də gənc məşqçinin qolunu bükə bilmədilər.

Xal itkisi “Zirə”nin 3-cü pillədə qalmasına əngəlolmadı. Çünki əsas izləyicilər də turu qələbəsiz başa vurdu. Əvəzində “Keşlə”nin uğursuz oyunlar seriyası davam edir. Düzdü, “Sabah”ın daha uğursuz olması səbəbindən paytaxt təmsilçisi son pillədən qurtulub, lakin Sənan Qurbanovun baş məşqçi postuna gəlməsi heç nəyi dəyişməyib – “Keşlə” son 7 turda cəmi 2 xal qazanıb. Avrokubok zonasıyla 9 xallıq fərq var, mövsümün bitiminə 12 tur qalır. Kubokun yarımfinalında bu mövsüm keçirdikləri 3 matçda 1 xal qopardıqları “Zirə”ni yenmək mümkün olmasa, “Keşlə” üçün hər şey bitəcək.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Ölkə kuboku2024-04-24 16:14

“Qəbələ” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm