Digər idman növləri
Sinner də rəsmiləşdirdi
Ənənəvi olaraq ilin sonunda tennisçilər arasında keçirilən yekun turnirin daha bir iştirakçısı məlum olub. İtaliyalı Yannik Sinner bu gün yarışlarda iştirakını rəsmiləşdirib.
Hazırda Sinner dünya reytinqində 4-cü pillədədir. Turnirdə yerini təmin etmək üçün ona Şanxayda davam edən “Masters” seriyalı turnirdə bir mərhələ adlamaq lazım idi. Bu gün keçirilən qarşılaşmada Yannik bu işin öhdəsindən gəlib. O, ABŞ-li Gironu 2 setdə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, ilin yekun turnirində həmin ana qədər dünya reytinqinin ən güclü 8 tennisçisi iştirak edir. Tennisçilər 4 nəfərdən ibarət 2 qrupa bölünürlər. Sinnerə qədər Novak Cokoviç , Karlos Alkaras və Daniil Medvedev də turnirdə iştirakını təmin etmişdilər.