Dünya futbolu
Sloveniya millisinin üzvü Super Liqa klubunda
Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi sloveniyalı yarımmüdafiəçi David Tiyaniçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Göztəpə” ilə Sloveniya yığmasının üzvü arasında 5 illik müqavilə imzalanıb.
Tiyaniçin son iş yeri Polşa “Rakov”u olub. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. 24 yaşlı futbolçu əvvəllər “Triqlav”, “Krka” və “Olimpiya” (Lyublyana) klublarının da uğurları üçün çalışıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək