Dünya futbolu
Sona 3 tur qalmış çempion oldular – 24-cü dəfə
Futbol üzrə İsveç çempionatında mövsümün qalibi məlum olub.
Futbolinfo.az xəbər verir ki, 27-ci turda doğma meydanda “Sirius”u 4:0 hesabıyla məğlub edən “Malmö” sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Yon Dal Tomassonun rəhbərlik etdiyi kollektiv 56 xalla liderdir və ən yaxın izləyicisini 10 xal qabaqlayır. “Malmö” klub tarixində 24-cü çempionluğunu qazanıb.
Tomasson bu ilin yanvarından “Malmö”nü çalışdırır. 44 yaşlı mütəxəssis 2016-2020-ci illər aralığında Danimarka yığmasında baş məşqçilik edib.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-08 18:55
“Qəbələ” futbolçuları Gəncədə döyüldü