Premyer-liqa
“Sumqayıt” bu gün “Sabah”la qarşılaşacaq
Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutacaq.
“Sumqayıt” doğma meydanda “Sabah”la üz-üzə gələcək.
Xatırladaq ki, bu turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”lə,
“Neftçi” də “Şamaxı” ilə oxşar hesablı (1:1) heç-heçəyə razılaşıbsa, “Qəbələ” “Turan Tovuz”a (1:2), “Səbail” “Qarabağ”a (0:3) məğlub olub.
Misli Premyer Liqası
XXXIV tur
17 may
“Sumqayıt”– “Sabah”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev.
“Kapital Bank Arena”, 19:30.