Bizi izləyin

I Liqa

“Sumqayıt” – “Şamaxı” oyununda qumar?

blank
blank

“Sumqayıt”la “Şamaxı”nın rəhbərliyinin qumar oynadığını və ya komandalarında qumar oynayanlara yer verdiyini yazsaq, bizi məhkəməyə verərlər. Prosesi də udarlar, çünki əlimizdə fakt yoxdur. Sadəcə, ortada müəmmalı nəticə, ciddi şübhə var.

Olayın baş verdiyi yerin I Divizion olduğunu xatırlatsaq, bizim kimi şübhələnənlərin sayı çoxalar. Çünki illərdir bu yarışda nələrin baş verdiyini hamı bilir, UEFA hər ay siqnallar, məktublar göndərir və bugünədək günahı isbat olunan onlarla şəxs həbsə atılıb, yüzlərlə şəxs futboldan ömürlük kənarlaşırılıb. Çox təəssüf ki, bizdə aşağı liqa nəticəsi manipulyasiya olunan oyunlardan xali deyil.

Dünən I Divizionda “Sumqayıt-2” – “Şamaxı-2” matçı baş tutdu. 4:3 hesabı ilə qonaqların xeyrinə başa çatan matçda 7 qolun vurulması, ilk yarıda meydan sahiblərinin, 90 dəqiqənin sonunda isə qonaqların qalib gəlməsi faktı çox şeydən xəbər verir. Bukmeker oyunları ilə maraqlananlar yaxşı bilir ki, “7+” və “1/2” kombinasiyalarının əmsalı 25-30-dan az olmur, oyuna pul qoyanlar məhz 25-30 mislini qazanır. Hər turda bircə belə oyun “fırlatmaq”, hər iki ssenarini təmin etmək onu təşkil edənlərə milyonlar qazandırır.

Təbii ki, futbolda kənar müdaxilə olmadan da belə nəticələr reallaşır. Amma söhbət mövzusu I Diviziondursa, şübhələnməli olursan. Hətta həqiqətən nəticə təmiz futbolun yekunu olsa belə, araşdırmaq, nəzarət etmək lazımdır.

Təsəvvür edin, dünənki matçda 35-ci dəqiqəyə kimi meydan sahibləri 3 cavabsız topla önə keçir. Bu həmin “Sumqayıt”dır ki, 26 tur ərzində cəmi 30 qol vurmuşdu. Və ikinci hissədə, əmsalın kəllə-çarxa çıxdığı anda matçda dönüş yaranır. Mövsüm ərzində cəmi 34 qol vuran şamaxılılar 81-ci dəqiqədən sonra 4 dəfə (!!!) fərqlənib oyunu qələbə ilə bitirir.

Heç kimi ittiham etmirik, sadəcə, AFFA-nın, PFL-in, sözügedən klubların rəhbərlərinin bu matçı araşdırmasını təklif edirik. Yarışın, qurumların, klubların imici üçün bu, vacibdir. Matçın videosuna baxmışıq – adi oyun epizodları da var, şübhəli məqamlar da. Mümkünsə mütəxəssislər də diqqət etsin, futbolçuların, məşqçilərin rəyi öyrənilsin və s. tədbirlərə əl atılsın.

Təkcə bu oyun olsaydı, diqqət etməzdik. Amma az qala hər tur azı bir şübhəli matç tapmaq olar. Məsələn, bir tur əvvəl “Turan Tovuz-2” – “Zaqatala” matçı da qəribə ssenari ilə keçib. 71-ci dəqiqəyə kimi 2:0 hesabı ilə öndə olan qonaqlar yekunda 2:3 hesabı ilə uduzub. Və bu matçda da ilk hissənin və oyunun qalibi fərqli komandalar olub.

Bu həmin Tovuz klubudur ki, 22-ci turda evdə “Araz-Naxçıvan”a 5:6 kimi unikal hesabla uduzmuşdu, tərəflər dəfələrlə bir-biri qarşısında önə keçmişdi. Həmin oyunun araşdırılmasına görə idi ki, naxçıvanlıların Premyer Liqaya buraxılması son ana kimi təhlükə altında idi.

Biz yalnız bolqollu oyunlara diqqət etdik. Qumar oynayanların başqa variantları da var. Araşdırılsa, çox mətləb üzə çıxar. Elə oyunlar var ki, 20-ci dəqiqəyə kimi 4 qol vurulub, daha sonra qapılar “qıfıllanıb”. Və ya bir neçə qarşılaşmada hesabın açılmamasına “stavka” edildiyi və həmin oyunun qolsuz başa çatması faktları ilə bağlı söz-söhbətlər gəzir.

Bəhs etdiyimiz oyunun nəticəsi, gedişatı çox şübhəlidir. İttiham etmirik, şübhələnirik. Lütfən təmiz futbol, təmiz idman mübarizəsi naminə araşdırın! Biz şübhələrimizdə yanılmağımızdan peşman olmaq istəyirik…

FƏRİD

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Premyer-liqa2024-04-28 18:03

“Neftçi” “Turan Tovuz”a qalib gəlir – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Dünya futbolu2024-04-28 14:05

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-28 13:41

Azərbaycan cüdoçularıdan Telavidə 3 medal

blank
Əvəzedicilər2024-04-28 12:51

Əvəzedicilərin yarışında 32-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-28 11:59

“Avropa çempionu olmaq xəyalım idi” – Hacıyev

blank
Dünya futbolu2024-04-28 11:33

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti seçildi

blank
Digər idman növləri2024-04-28 11:00

Azərbaycan cüdoçularından tarixi uğur

blank
Milli komanda2024-04-28 10:44

Millimiz Tacikistanla üz-üzə

blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm