Dünya futbolu
Super Liqa klubunda iki yeni futboçu
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Anje” klubundan Kazimir Ninqanı, həmçinin “Yeni Malatyaspor”dan ayrılan Robin Yalçını transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ninqa satınalma şərti ilə bir illik icarəyə götürülüb. Robinlə də bir illik müqavilə imzalanıb.
Çad yığmasının üzvü olan Ninqa, 2019-cu ilin yayından “Anje”nin uğurları üçün çalışır. 27 yaşlı hücumçu daha öncə “Kan”, “Monpelye”, “Manqasport” və “Reanissance” kimi klublarda da forma geyinib.
Almaniyanın Deggendorf şəhərində dünyaya gələn Robin Yalçın isə karyerası ərzində “Ştutqart” və “Rizəspor”un uğurları üçün çalışıb. O, 2019-cu ilin yayından “Yeni Malatyaspor”da çıxış edirdi. Karyerası ərzində 290 matça çıxan 26 yaşlı yarımmüdafiəçi, indiyə qədər 19 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.
“Sivasspor” daha öncə Xorxe Feliks və Maks Qradeli transfer etmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”