Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, “Kayserispor”a baş məşqçi təyin olunub.
38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Burak Yılmazın son klubu “Beşiktaş” olub. O, ötən ilin oktyabrında Şenol Günəşin istefa verməsindən sonra bir ay komandaya rəhbərlik edib.
“Kayserispor” Türkiyə Super Liqasının turnir cədvəlində 26 xalla 12-cidir.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”