Digər idman növləri
“Suqovuşan və Mingəçevir nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edə bilər”
Beynəlxalq Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Tomas Koneçko Mingəçevirdə keçirilən “Prezident Kuboku – 2023″ yarışının gedişində jurnalistlərin suallarını cavablandırıb: “Düşünürəm ki, bu, ölkəniz üçün vacib olan yubileyi qeyd etmək üçün çox yaxşı yoldur. Belə bir yarışın keçirilməsi həm Azərbaycan, həm də burada iştirak edən ölkələrin bu idman növünü təşviq etməsi baxımından da önəmlidir”.
Turnir yüksək səviyyədə təşkil olunub. Bu isə onu göstərir ki, gələcəkdə Suqovuşan və Mingəçevir nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edə bilər. Bu ideyanın həyata keçməsi üçün Azərbaycanın mümkün namizədliyini dəstəkləyəcəyəm. Suqovuşan xüsusi yerdir, çünki öz tarixi var. Azərbaycanın qısa zamanda bu bölgəni necə inkişaf etdirməsinin və su hövzəsində yarışlar üçün şərait yaratmasının şahidi oldum. Suqovuşandakı şərait beynəlxalq standartlara cavab verir. Gələcəkdə orada Dünya Kuboku kimi nüfuzlu yarışlar keçirilə bilər”.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”