Ölkə futbolu
“Sürix”in müdafiəçisi “Qarabağ”la matçı buraxacaq
“Sürix”in futbolçusu Beçir Omeraqiç İsveçrədə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi zədə səbəbindən matçda iştirak etməyəcək.
İsveçrə təmsilçisinin aparıcı oyunçularından hesab olunan Blerim Cemailinin də meydana çıxıb-çıxmayacağı sual altındadır.
Bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşmaya saat 21:00-da start veriləcək. Bakıda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq