Digər idman növləri
Tel-Əvivi Sofiya əvəz etdi
ATP İsraildə baş tutmalı olan turnirin yerini dəyişdirib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Futbolinfo.az xəbər verir ki, Tel-Əvivdəki turnirə ev sahibliyini Sofiya şəhəri edəcək. Bolqarıstan paytaxtına bunun üçün lisenziya verilib.
Bir neçə gün əvvəl ATP təklifi göndərərkən bolqarlar turniri təşkil edə bilməyəcəklərini bildirmişdilər. Lakin danışıqlar və sponsorlarla görüşlərdən sonra müsbət qərar verilib. Lisenziyanın müddəti 1 ildir. Turnirin ümumi mükafat fondu 562 815 avro olacaq.
Qeyd edək ki, turnirin yerinin dəyişdirilməsinin səbəbi Yaxın Şərqdə başlayan müharibədir.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”