Dünya futbolu
Tomas Müller rekordçu oldu
Futbol üzrə Almaniya Bundesliqasının 12-ci turu çərçivəsində baş tutan “Auqsburq”la səfər oyunu “Bayern”in hücumçusu Tomas Müller üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu Münhen təmsilçisinin heyətində 600-cü oyununu keçirib.
32 yaşlı hücumçu bununla komandanın tarixinə düşüb. Almaniya millisinin üzvü hazırda bu göstərici ilə meydan oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb. O, yalnız qapıçılar Zepp Mayer (661 oyun) və Oliver Kandan (632) geri qalır.
“Bayern” son turdakı məğlubiyyətə baxmayaraq, 28 xalla Bundesliqada liderdir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?