Ölkə futbolu
Tovuzda rekord
Misli Premyer Liqasının 8-ci turunda keçirilən “Turan Tovuz” – “Neftçi” oyununda mövsümün rekordu qeydə alınıb.
Futbolinfo.az saytının məlumatına görə, qarşılaşmanı izləyən azarkeş sayı geridə qalan 9 turun ən yüksək göstəricisi idi.
Tovuz şəhər stadionundakı görüşə 5000 tamaşaçı toplaşmışdı. Buna qədər isə rekord “Qarabağ” – “Sabah” matçına məxsus idi. 6-cı tur çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionundakı oyunu tribunalardan 4500 nəfər izləyib.
Qeyd edək ki, “Turan Tovuz”un bu mövsüm 3 ev matçına ümumilikdə 13 min 300 adam toplaşıb. Bölgə təmsilçisi hələlik 10 min azarkeş səddini keçən yeganə komandadır.